“Neftçi” revanşı aldı, yarımfinala yüksəldi - Video

neftci-revansi-aldi-yarimfinala-yukseldi
Oxunma sayı: 2822

Futbol üzrə Azərbaycan kubokunun ¼ final mərhələsində daha bir cavab matçı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” öz meydanında “Zirə”ni qəbul edib.

İlk matçda rəqibinə 0-1 hesabı ilə uduzan “ağ-qaralar”, cavab matçında 2 cavabsız qolla qalib gəliblər.

“Neftçi” bu qələbə sayəsindən yarımfinala yüksəlib.

“Neftçi” – “Zirə” - 2:0

Qollar: Uqo Barqas, 36, Mirabdulla Abbasov, 45

İlk oyun: 0:1