“Neftçi” Rivaldonun oğlunu alır?

neftci-rivaldonun-oglunu-alir
Oxunma sayı: 1176

Antalyada qış təlim-məşq toplanışı keçən “Neftçi” transfer çalışmalarını da davam etdirir. “Qafqazinfo” xəbər verir ki, Bolqarıstan mətbuatı Bakı klubunun əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyonu almaq istədiyini yazıb. 

Bildirilir ki, “Levski”nin futbolçusunu menecerlər Azərbaycan təmsilçisinə təklif edib. “Neftçi”nin də bu transferdə maraqlı olduğu yayılan xəbərlər arasındadır. 

Qeyd edək ki, ötən ilin yanvarından “Levski”nin formasını geyinən Rivaldinyo 13 oyunda 1 qol vurub.