“Neftçi” tarix yazacaq?

neftci-tarix-yazacaq
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycan çempionu “Neftçi” turnirdə növbəti oyununu keçirəcək.

“Flaqman” İsraildə “Hapoel”in (Kiryat Şmona) qonağı olacaq. Hazırda Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan “Neftçi” bu oyunda sərfəli nəticə qazanmaqla Azərbaycan futbolunda tarix yazmaq şansını artıra bilər. Belə ki, “ağ-qaralar” İsrail təmsilçisini mübarizədən kənarlaşdırarsa, ən pis halda Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyun
1 avqust

21:30. “Hapoel” (Kiryat Şmona, İsrail) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Alan Kelli (İrlandiya)
Hayfa. “Kiryat Eliezer” stadionu

Ceyhun Əhmədov