“Neftçi” Tərlan Əhmədovu göndərdi

neftci-terlan-ehmedovu-gonderdi
Oxunma sayı: 1783

“Neftçi” baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.

"Qafqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Müşahidə Şurasının və təsisçilərin qərarı ilə onunla müqavilə yenilənməyib.

Tərlan Əhmədov mövsümün əvvəlində “Neftçi”yə baş məşqçi təyin edilmişdi. Paytaxt klubu onun rəhbərliyi altında Premyer Liqada 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanmışdı.