“Neftçi” üçün əlamətdar gün

neftci-ucun-elametdar-gun
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi məlumata görə, düz 75 il əvvəl – 1937-ci il, mayın 24-də “Neftçi” tarixində ilk oyununa çıxıb.

SSRİ Neft Sənayesi İşçilərinin Həmkarlar İttifaqının "Neftyanik" Könüllü İdman Cəmiyyəti adlı təşkilatın futbol komandası kimi yaradılan “Neftyanik” haqda ilk məlumat 1937-ci il, martın 21-də “Azərbaycan Bədən Tərbiyəçisi” qəzetində verilib. Burada komandanın ilk üzvlərinin adları göstərilib: Cəfərov, İsmayılov, Rıjov, Vıbornov, Nexoroşev, Nifontov, Abramov, N.Kuznetsov, Liskunov, Mironov, Ştırlin, V.Kuznetsov, Makaqonov, Krasilnikov, Sidorenko.

“Neftçi” ilk rəsmi oyununa bundan 2 ay sonra – mayın 24-də çıxıb. Komanda SSRİ kubokunun 1/64 final mərhələsində Ermənistan təmsilçisi ilə qarşılaşıb. Bakıda keçirilən tarixi matçda “Neftçi” Yerevanın “Dinamo” klubu ilə qarşılaşıb. Oyunun son dəqiqələrində Pavel Ştirlinin vurduğu qol “ağ-qaralar”a qələbə gətirib – 1:0. Komanda 1/32 finala vəsiqə qazanıb. Ştirli isə “Neftçi” tarixində ilk qolun müəllifi olub.

Ceyhun Əhmədov