“Neftçi” və AZAL-ın oyunçuları Ermənistana gedəcəklər

neftci-ve-azal-in-oyunculari-ermenistana-gedecekler
Oxunma sayı: 646

Makedoniya yığmasının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki qarşıdan gələn oyunları üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Con Toşak Azərbaycan Premyer Liqasında top qovan futbolçuları da yaddan çıxarmayıb.

Belə ki, uelsli mütəxəssis ölkəmizdə top qovan iki futbolçuya dəvət göndərib. Toşak "Neftçi"dən İqor Mitreski və AZAL-dan Robert Petrovu yığmaya çağırıb. Onlar oktyabrın 7-də Ermənistana səfər edəcək, dörd gün sonra isə evdə Slovakiyanı qəbul edəcəklər.

Qeyd edək ki, "Neftçi"nin digər futbolçusu - Slavko Georgiyevski yığma karyerasını başa vurub.