“Neftçi” və “Kəpəz” ilk axtarışında

neftci-ve-kepez-ilk-axtarisinda
Oxunma sayı: 912

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə “Kəpəz” öz meydanında “Qarabağ”ı qəbul edəcək.

Bu mövsüm Gəncədə xal qazana bilməyən “Kəpəz” lider “Qarabağ” qarşısında uğursuzluğa son qoymaq üçün meydana çıxacaq.

Turun son matçı isə “Zirə” və “Neftçi” arasında keçiriləcək. Son 4 matçında qələbə qazanan “Neftçi” bu vaxta qədər Premyer Liqa oyunlarda qalib gələ bilmədiyi “Zirə” qarşısında sindroma son qoymağa çalışacaq.

15:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

 

17:00. “Zirə” – “Neftçi”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məhəmməd Məmmədov

Zirə İdman Kompleksinin stadionu