Neftçi Xəzərə düşdü, həlak oldu

neftci-xezere-dusdu-helak-oldu
Oxunma sayı: 2473

“28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb.

“Qafqazinfo” xəbər verir ki, SOCAR-ın yaydığı məlumata görə, 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.

Hadisənin səbəbləri araşdırılır.