“Neftçi” yenə “Zirə” ilə bacarmadı - Video

neftci-yene-zire-ile-bacarmadi
Oxunma sayı: 1620

Azərbaycan Kubokunun 1/4 finalı çərçivəsində daha bir matç başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, “Zirə” öz meydanında “Neftçi”ni qəbul edib.

Matçın taleyini 1 qol həll edib. 86-cı dəqiqədə David Manqanın vurduğu qol
“Zirə”yə minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, bu iki komanda arasında bütün turnirlər daxil olmaqla ümumilikdə 14 matç keçirilib. "Neftçi" rəqibinə cəmi 2 dəfə üstünlük qura bilib, 2 matçda isə bərabərlik əldə edib. Digər 10 matçı isə "Zirə" qazanıb.