“Neftçi” “Zirə”yə, “Sabah” “Səbail”ə qarşı

neftci-zireye-sabah-sebaile-qarsi
Oxunma sayı: 1226

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Öncə Premyer Liqanın debütantı “Sabah” digər paytaxt təmsilçisi “Səbail”lə üz-üzə gələcək. Bu komandalar arasında indiyə qədər keçirilmiş yeganə qarşılaşma mövsümün ilk dövrəsinə təsadüf edib. Həmin matçda qapılara qol vurulmayıb. 

Günün digər görüşü də iki paytaxt klubu - “Neftçi” və “Zirə” arasında baş tutacaq. İlk dövrədə “ağ-qaralar” bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. “Neftçi” liderliyini qorumaq üçün bu dəfə də qələbə qazanmağa çalışacaq. “Zirə” isə uğursuz gedişata son qoymağa cəhd göstərəcək.

Topaz Premyer Liqası
11-ci tur
10 noyabr

“Sabah” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Masazır. “Əlincə Arena”, 17:30.

“Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov.
Bakı. 8-ci km stadionu, 19:30.

Turun digər oyunları sabah keçiriləcək: 17:30. Qəbələ - Qarabağ. 19:30. Sumqayıt - Keşlə.