“Neftçi”də daha bir legioner

neftcide-daha-bir-legioner
Oxunma sayı: 654

“Qafqazinfo”nun verdiyi məlumata görə, “flaqman” Paraqvay millisinin futbolçusu Erik Fabian Ramosu transfer edib.

Ötən gün paraqvaylı dayaq yarımmüdafiəçisi ilə Avstriyada rəsmi müqavilə imzalanıb.
Erik Fabian Ramos “Neftçi”də 15 nömrəli maykanı geyinəcək.
1987-ci ildə anadan olan Ramos 175 sm boya malikdir. Futbolçu daha əvvəl Paraqvayın “12 oktyabr”, “3 fevral” və “Rubio Nu” klublarının şərəfini qoruyub. Ramos Paraqvay millisində bu il debüt edib və 3 oyun keçirib.

Ceyhun Əhmədov