“Neftçi”də fövqəladə toplantı

neftcide-fovqelade-toplanti
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, iclasda “Neftçi”nin Avropa Liqası və daxili çempionatda çıxışı ilə bağlı müzakirələr aparılıb.

Məşqçilər korpusu tərəfindən “Rubin və “Rəvan” klublarına məğlubiyyətlərlə bağlı Sadıq Sadıqova hesabat verilib. “Neftçi”nin məğlubiyyətlərinə əsas səbəblər kimi, aşağıdakılar göstərilib:

1. Müxtəlif yaş qrupları üzrə, eləcə də əsas milli komandanın təlim məşq toplanışları səbəbindən çempionatda yaranan fasilələr və bunun nəticəsində Azərbaycan Premyer Liqasının təqvimində əmələ gələn sıxlıq.

2. Çempionatın təqvimi tərtib olunarkən Avrokubokların qrup mərhələsinin oyunlarının nəzərə alınmaması.

3. Bunların məntiqli nəticəsi kimi, Avropa Liqası turnirindəki Azərbaycanın yeganə təmsilçisi “Neftçi”nin oyunlarını sıx qrafikdə keçirməsi.

Üstəlik “Neftçi”nin əsas hədəf kimi Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməklə yanaşı, gənc futbolçuların inkişaf strategiyasını seçdiyi də qeyd edilib.
Klub prezidenti Sadıq Sadıqov, rəhbərliyi və məşqçilər korpusunu dinlədikdən sonra, fikirlərini bildirərək Azərbaycan futbolunda ilk dəfə tarixi uğura imza atmış klubun rəsmilərinin və məşqçilər korpusunun istefalarını qəbul etməyib. Bundan başqa klub prezidenti obyektiv səbəbləri nəzərə alaraq, buraxılan səhvlərin qısa zamanda aradan qaldırılmasını tələb edib.

“Neftçi” bu mövsüm də yalnız çempionluğu və avrokuboklarda yeni uğurların qazanılmasını hədəflədiyi üçün klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə qərara alınıb ki, klubun yeni inkişaf strategiyası planı hazırlansın. Həmçinin heyətin gücləndirilməsi üçün transfer dönəmində “Neftçi”yə yeni futbolçular cəlb olunsun.