“Neftçi”də rəsmi ayrılıq

neftcide-resmi-ayriliq
Oxunma sayı: 1063

“Neftçi” qış fasiləsində transferə çıxardığı Mateo Mujeklə yollarını ayırıb. “Qafqazinfo” xəbər verir ki, xorvatiyalı müdafiəçinin müqaviləsinə bu gün xitam verilib.

Əvvəlcə onun geyindiyi 3 nömrəli formanı əlindən alan rəhbərlik futbolçuya özünə yeni komanda tapmağı tapşırmışdı. Nəhayət ki, xorvatiyalı müdafiəçi ilə danışıqlar müsbət nəticələnib. Beləliklə, qış fasiləsindən bəri ölkəsində axtarışda olan 23 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.
 
Qeyd edək ki, Mateo Mujek “Neftçi”yə mövsümlərarası fasilədə Sloveniya “Rudar”ından keçib.