“Neftçi”də transferlər bitdi

neftcide-transferler-bitdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi xəbərə görə, klubun rəsmi saytına danışan Sadıqov Ramosun məhz onların istədikləri futbolçu olduğunu bildirib:
“Bildiyiniz kimi transfer çalışmalarımız uzun müddətdir ki, davam edirdi. “Neftçi”nin əsas məqsədi heyətə səviyyəli, gənc və öz ölkələrinin milli yığma komandasında çıxış edən legionerlər cəlb etmək idi. Bu, komandamızda yer alan gənc yerli futbolçularımızın da xeyrinədir.

Erik Fabian Ramos da məhz bizim istəyimizə uyğun futbolçudur. Bununla da, transfer çalışmalarımızı müvəqqəti yekunlaşdırırıq. Ümid edirəm ki, Ramos komandamızın gücünə güc qatacaq və öz oyunu ilə azarkeşlərin də rəğbətini qazanacaq”.