“Neftçi”də yeni təyinat

neftcide-yeni-teyinat
Oxunma sayı: 1884

“Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, bu posta Rüstəm Allahverdiyev gətirilib. O, mayın 15-dən işinin icrasına başlayacaq.

31 yaşlı keçmiş idman müxbiri 2011-2015-ci illərdə Zaqatalanın “Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidməti olub.

Qeyd edək ki, “Neftçi”nin mətbuat katibi Anar Şabanoğlu səhhəti ilə əlaqədar dünən vəfizəsindən istefa vermişdi.