“Neftçi”dən biabırçı məğlubiyyət - Debütanta uduzdu + Video

neftciden-biabirci-meglubiyyet
Oxunma sayı: 759

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Səbail” və “Neftçi” qarşılaşıb.

Çempionatın debütantı “Səbail”, ölkənin ən titullu klubu “Neftçi”ni minimal hesabla məğlub edib. İlk turda məğlub olan “Səbail”in qələbə qolunu 90-cı dəqiqədə Elman Taqayev vurub.

“Neftçi” isə 2-ci turda da məğlub olaraq çempionata biabırçı şəkildə start verib.

“Neftçi”nin 90-cı dəqiqədə qol buraxması “Dalğa Arena”ya toplaşan qonaq komandanın azarkeşlərini özündən çıxarıb. Onlar baş məşqçi Elxan Abdullayevi istefaya çağırıblar.