“Neftçi”dən daha bir transfer

neftciden-daha-bir-transfer
Oxunma sayı: 1457

"Neftçi" mövsümün sonunda "Qəbələ"dən ayrılan Stiven Jozef-Monrozun keçidini rəsmiləşdirib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, fransız futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. 28 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl müdafiəçi Voislav Stankoviç, hücumçu Rauf Əliyev və yarımmüdafiəçi Dario Frederiko ilə müqavilə bağlamışdı.