“Neftçi”dən “İnter”ə

neftciden-intere
Oxunma sayı: 647

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu günlərdə gürcüstanlı futbolçu Georgi Adamiyanı sıralarına qatan “bankirlər” daha bir futbolçunun transferini rəsmiləşdirib.

Söhbət Slavço Georgiyevskidən gedir. “Neftçi” ilə müqavilə müddəti bitdikdən sonra komandadan göndərilən makedoniyalı futbolçu bundan sonra “ağ-göylər”in şərəfini qoruyacaq. Slavço “İnter”lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Neftçi”yə 2 il əvvəl transfer olunan Georgiyevski “flaqman”la 2 dəfə ölkə çempionluğunu qazanıb.