Bu gecə “Neftçi” adını “Azərbaycan” futbol tarixinə daha dərindən həkk etdirib. “Qafqazinfo” xəbər verir ki, dünyanın adlı sanlı klublarından olan “İnter”lə başa baş mübarizə aparan komandamız 2-2 hesablı heç –heçə edib.
Oyunun 9-cu dəqiqısində “İnter”in futboçusu Marko Livaya hesabı açmağa nail olub . Ancaq bu qol komandamızı qəti sürətdə ruhdan salmayıb. Nüfuzlu rəqibinə qarşı cəsarətlə oynayan flaqman birinci hissəni minimal hesablı məğlubiyyətlə başa vurub. İkinci hissəyə sürətli başlayan Böyükağa Hacıyevin yetirmələri 52-ci dəqiqədə “İnter”kimi rəqibə özüdə “Cüzeppe Meattsa”da qol vurmağın mümkün olduğunu sübut ediblər. Rəşad Sadiqovun uzaq məsafədən vurduğu mükəmməl zərbə hesaba tarazlıq gətirib.Düzdür italiyanlar qapıldığımız eyforiyanın müddətini cəmi 2 dəqiqə ediblər.
54-cü dəqiqədə yenə də Livaya hesabı komandasının xeyirinə artırıb. Oyunun belə nəticə ilə başa çatacağı və bəlkə də “İnter”in hesabı artıra biləcəyi bir vaxtda Kanalesin vurduğu qol oyuna və “Neftçi”nin bu ilki avropa səyahətinə son nöqtəni qoyub.Bununla da “Neftçi” tarixi təkcə tarixçilərin yox futbolçuların da yaza bildiyini bir daha sübut edib.
İqbal