“Neftçi”dən radikal addım

neftciden-radikal-addim
Oxunma sayı: 673

“Qafqazinfo”nun verdiyi məlumata görə, baş məşqçi Böyükağa Hacıyev və məşqçilər korpusunun təqdimatına əsasən müqavilə müddəti bitən futbolçular Denis Silva Kruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski, Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynovla müqavilə müddətinin uzadılmamasına qərar verilmişdir.
Qeyd edək ki, bu futbolçulardan 4-ü - Denis Silva Kruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski və Rəşad Abdullayev “flaqman”da əsas heyət üzvləri idi.

Ceyhun Əhmədov