“Neftçi”dən rekord - Belə qələbəmiz olmamışdı

neftciden-rekord
Oxunma sayı: 2088

Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" cavab matçında "Sperantsa”nı 6:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıb.

"Qafqazinfo" xəbər verir ki, 6:0-lıq rekorda imza atan "Neftçi" Azərbaycan klublarının avrokuboklarda ən böyük hesablı qələbəsini qazanıb.

Qeyd edək ki, buna qədər avrokuboklarda ən böyükhesablı qələbələrimizi Bakının "İnter" (İndiki "Keşlə) və Ağdamın "Qarabağ" komandaları qazanmışdı. Bakılılar Avroliqanın 2012/13 mövsümündə səfərdə Estoniyanın “Trans” klubunu, beş il sonra isə ağdamlılar Çempionlar Liqasının ev oyununda Gürcüstan “Samtredia”sını 5:0 hesabı ilə məğlub etmişdi.