Neftçilər nə vaxt dənizə qayıdacaq?

neftciler-ne-vaxt-denize-qayidacaq
Oxunma sayı: 1012

Məlum olduğu kimi, ölkə ərazisində əsən güclü küləyə görə SOCAR 2500 neftçini dənizdən təxliyyə etmişdi. Artıq küləyin sürəti azalmağa başlayıb. Bəs neft platformaları nə zaman normal iş rejiminə dönəcək?

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya bildirib ki, bu gün neftçilər dənizə qayıtmağa başlayacaqlar: 

“Dəniz özüllərimizdə vəziyyət stabildir. Hava şəraiti tədricən normallaşır. Daha əvvəl təxliyyə edilmiş həmkarlar günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacaq və fəaliyyətlərini adi qaydada davam etdirəcəklər.

Qeyd edək ki, bu gecə dəniz özüllərində qasırğanın şiddəti 144 km/saat (40 m/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub.

Murad Əhməd