Neftçilərdən daha bir aksiya

neftcilerden-daha-bir-aksiya
Oxunma sayı: 647

Aksiya iştirakçıları iş şəraitinin ağırlığından, yeni rəhbərliyin işçilərə münasibətindən şikayətləniblər. Onlar əmək haqlarının 2 dəfə artırılmasını da tələb ediblər:

Balaxanı NQÇİ-nin maliyyə meneceri Seyfəddin Qeybullayev aksiyaçılara bildirib ki, onların tələbləri araşdırılacaq.

Hadisə yerinə gələn 30-a yaxın polis əməkdaşı neftçilərin dağılışmasını xahiş edib. Aksiyaçılar tələbləri yerinə yetirilmədiyi təqdirdə fasiləsiz tətillərə başlayacaqlarını bildiriblər.

Onlar 5 gün öncə də eyni tələblərlə etiraz aksiyası keçirmişdilər.