“Neftçi”ni uduzduğuna görə məhkəməyə verdi

neftcini-uduzduguna-gore-mehkemeye-verdi
Oxunma sayı: 634

“Qafqazinfo”nun Azxeber.com-a istinadən verdiyi xəbərə görə, səbəb İsrail komandası ilə keçirilən qarşılaşmada “ağ qaraların” rüsvayçı hesabla məğlub olması və futbolçuların əl-qolunu sallayıb dəniz kənarına çıxıbmış kimi meydanda gəzmələrinin televiziya vasitəsi ilə oyunu izləyən on minlərlə futbol azarkeşini stress və əsəb xəstəliyinə düçar etməsidir: “Azarkeşi olduğum komandanın belə rüsvayçı oyunla İsrailin məhəllə klubuna məğlub olması, mənim və minlərlə azarkeşin ciddi stress və əsəb xəstəliyi keçirməyimizlə nəticələndi”.

“Neftçi”nin bir vaxtlar SSRİ çempionatında oynadığı “Zenit”, Kiyev “Dinamo”u, “Şaxtyor” Çempionlar Liqasında və Avropa Liqasında hökmranlıq edir, azarkeşi olduğum komanda isə məhəllə klubuna rüsvayçı oyunla məğlub olur. 200-300 azarkeşinin belə dəstəkləmədiyi bir məhəllə komandasına əl-qolunu sallayıb uduzan komandaya və futbolçularına görə səhhətimi qurban verməli deyiləm. İllik məvacibləri az qala milyon dolları ötən, amma oynadıqları futbolla bir qara qəpiyə dəyməyən bu adamlara görə, minlərlə insanın öz səhhətini təhlükə altına atması qəbuledilməzdir. Mən şəxsən səhhətimə dəyən ziyana görə bu futbolçuları məhkəməyə verməyə hazırlaşıram”.