“Neftçi”ni Xorvatiyada nə gözləyir?

neftcini-xorvatiyada-ne-gozleyir
Oxunma sayı: 653

Qol.Az-ın məlumatına görə, bu mərhələdən mübarizəyə qoşulacaq "Bakı"nın "Neftçi" klubu bu axşam səfərdə ilk görüşünə çıxacaq. Arif Əsədovun komandası səfərdə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq. İki il aradan sonra yenidən qitəmiqyaslı turnirə qayıdan "Neftçi" "Maksimir" stadionunda sərfəli nəticəyə ümid edir. Bakıda keçiriləcək cavab görüşündə rahat oynamaq üçün "Neftçi" səfərdə ən azı 1 qol vurmağa çalışacaq.Son Azərbaycan çempionu "Neftçi" bu dəfə də ÇL-də mərhələ adlayacağı halda çox böyük üstünlük qazanmış olacaq. Yəni, "Neftçi" "Dinamo" səddini keçəcəyi halda, avrokuboklarda ən azı 4 görüş daha keçirməli olacaq ki, bu da komandamız üçün əlavə üstünlük deməkdir. Əgər Arif Əsədovun komandası ÇL-in üçüncü təsnifat mərhələsindəki rəqibinə uduzsa da belə, ən azı Avroliqanın "play-off" mərhələsinə vəsiqə qazanacaq."Play-off"dakı rəqibini keçəcəyi halda isə "Neftçi" qitənin nüfuzuna görə ikinci dərəcəli turnirinin qrup mərhələsində çıxış etmək şansına yiyələnəcək. Uzun sözün qısası, Xorvatiya çempionu ilə qarşılaşma paytaxt klubu üçün çox əhəmiyyətlidir və bu gözəl şansdan maksimum yararlanmaq lazımdı.
Qeyd edək ki, "Dinamo" - "Neftçi" cütünün qalibinin növbəti mərhələdəki rəqibinə isə iyulun 15-də keçiriləcək püşkatma mərasimindən sonra aydınlıq gələcək.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsi

23:00. "Dinamo" – "Neftçi"

Hakimlər: Antoni Qotye, Mixael Annonye, Kristof Kapelli, Ruddi Buke (hamısı Fransa).
Hakim-inspektor: Vaslav Krondl (Çexiya).
UEFA nümayəndəsi: Sune Hellströmer (İsveç).
Zaqreb. “Maksimir” stadionu

Minə