“Neftçi”nin eks kapitanı Türkiyə klubunda

neftcinin-eks-kapitani-turkiye-klubunda-
Oxunma sayı: 636

O bildirib ki, 26 yaşlı müdafiəçi ilə ilkin razılıq əldə olunub. Məlikov rəsmi müqaviləyə imza atmaq üçün Dənizli şəhərinə çağırılıb. Bu məqsədlə futbolçu gələn həftə qardaş ölkəyə yollanacaq.

Qeyd edək ki, Rail Məlikov Çempionlar Liqasında “Neftçi”nin İsrailin “Hapoel” (Kiryat-Şmona) komandası ilə səfərdə keçirdiyi III təsnifat mərhələsinin ilk görüşündə yol verdiyi kobud səhvlər üzündən transferə çıxarılıb. Sonradan klub rəhbərliyi sabiq kapitanına azad agent statusu verib.

Türkiyənin I Liqasında türkdilli ölkələrdən olan futbolçular legioner sayılmır. Bu səbəbdən, “Dənizlispor” Məlikovu transfer etməyi məqsədəuyğun sayıb.