“Neftçi”nin futbolçusu azarkeşi təhqir edib söhbətə çağırdı - Fotolar

neftcinin-futbolcusu-azarkesi-tehqir-edib-sohbete-cagirdi
Oxunma sayı: 2101

21 yaşlılardan ibarət yığma komandamızın və “Neftçi”nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, bəstəboy hücumçu bu dəfə də oyunu ilə yox, özünü apara bilməməsi ilə seçilib.

Noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib. Fiaskodan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı oyunçu indi də onun çıxışından narazı olan azarkeşi təhqir edərək, söhbətə çağırıb.

Futbolçu ilə azarkeşin yazışmasını təqdim edirik: