“Neftçi”nin futbolçusu əsas komandaya çağırıldı

neftcinin-futbolcusu-esas-komandaya-cagirildi
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi məlumata görə, məşqçilər korpusunun qərarı ilə gənc futbolçu əsas komanda ilə birgə təlim-məşq toplanışlarında iştirak edəcək.

16 yaşlı Fəhmin Muradbəyli hazırda 17 yaşlı futbolçulardan ibarət yığma komandanın heyətində “Kaspian Kap” turnirində çıxış edir. Fəhmin meydana çıxdığı hər iki 2 oyunda fərqlənməyə müvəffəq olub. Futbolçu “Neftçi”nin əsas komandasına cəlb olunması ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Neftçi"nin əsas komandasına cəlb olunmaq hər gənc futbolçunun arzusudur.

Sevinirəm ki, məşqçilər heyəti bu şansı mənə verdi. Gənc futbolçu üçün bundan böyük xoşbəxtlik ola bilməz".