“Neftçi”nin muzeyi açıldı - Foto

neftcinin-muzeyi-acildi
Oxunma sayı: 650

“Neftçi” PFK-nın iki otaqdan ibarət muzeyi açılıb.

“Qafqazinfo” xəbər verir ki, burada “Neftçi”nin yaranma tarixi ilə bağlı maraqlı məlumatlar, şəkillər və həmin dövrlərə aid eksponatlar (top, buts) yer alıb. 
 
Muzeyi ziyarət edən qonaqlar buradan fanşopa birbaşa daxil ola bilərlər. Fanşopda ziyarətçilər komandanın hazırkı geyimlərini və rəmzlərini əldə etmək imkanı qazanırlar. 

Muzey və fanşopu mayın 5-dən ictimaiyyətin ixtiyarına veriləcək. Muzeyə girişin qiyməti 2 AZN olacaq. 7 yaşadək uşaqların girişi ödənişsizdir.