“Neftçi”nin oyunu təxirə salındı

neftcinin-oyunu-texire-salindi
Oxunma sayı: 644

“Qafqazinfo”nun qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə çempionu Unibank Premyer Liqasının 1-ci turunun “Neftçi” – “Bakı” oyununun təxirə salınmasını istəyib.

Səbəb isə “ağ-qaralar”ın Çempionlar Liqasının III təsnifat mərhələsində çıxış etməsidir.

PFL rəhbərliyi bunu nəzərə alaraq oyunun təxirə salınmasına qərar verib. Matçın nə vaxt keçiriləcəyi məlum deyil.

Qeyd edək ki, “Neftçi” – “Bakı” qarşılaşması avqustun 5-də keçirilməli idi.

Ceyhun Əhmədov