“Neftçi”nin oyunu yenə canlı yayımlanmayacaq

neftcinin-oyunu-yene-canli-yayimlanmayacaq
Oxunma sayı: 639

Turnirin yayım hüququna sahib olan dövlət televiziyası sentyabrın 20-də keçiriləcək qarşılaşmanı bir gün sonra videoyazı şəkilində yayımlayacaq.
UEFA ilə Az.TV arasında bağlanan müqaviləyə əsasən, həmin gün bütün oyunların texniki parametrləri televiziya göndəriləcək. Onlar isə istədiyi oyunu seçib efirə verə bilər. Bu halda Serbiyadakı oyunun heç bir problemsiz efirə verilməsi mümkündü və bu dövlət telekanalının hüququdu.

Telekanalın isə hansı səbəbdən bu addımı atdığı məlum deyil.