“Neftçi”nin rəqibləri müəyyənləşdi

neftcinin-reqibleri-mueyyenlesdi
Oxunma sayı: 633

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, əvəzedici komanda Antalyada 3 yoxlama matçı keçirəcək. Komanda yanvarın 25-də Moskva "Dinamo"sunun əvəzediciləri, 28-də isə Rumıniyanın U-21 yığması ilə qarşılaşacaq. "Neftçi" sonuncu yoxlama görüşünü fevralın 2-də keçirəcək. Həmin gün “flaqman”ın rəqibi Almaniyanın 3-cü Bundesliqa klublarından biri olacaq.

Qeyd edək ki, "Neftçi"nin əvəzediciləri qış təlim-məşq toplantısını Türkiyənin Antalya şəhərində keçəcək. Hazırlıq prosesi yanvarın 19-dan fevralın 3-dək baş tutacaq.