“Neftçi”nin texniki məğlubiyyəti rəsmiləşdi

neftcinin-texniki-meglubiyyeti-resmilesdi
Oxunma sayı: 633

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə” – “Neftçi” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 68 - ci dəqiqəsində “Neftçi”nin heyətində əvəzetmə zamanı limit pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Qarabağ” – “Sumqayıt” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.