““Neftçi”nin vicdanındakı ləkə böyükdür”

neftcinin-vicdanindaki-leke-boyukdur
Oxunma sayı: 643

“Qafqazinfo” “İnter” klubunun rəsmi saytına istinadən xəbər verir ki, Georgi Nikolov azarkeşin bu cür hərəkətini qəti pisləyib. “Hər hansısa bir sayt yazıb ki,atılan fişəngdən sonra meydana cüzi bir ləkə düşüb. Amma yox, mənim əzizlərim, birincisi “Neftçinin vicdanına düşən ləkə böyükdür. İkinci də ki, bu fişəng stadiona ciddi ziyan vurub. Bu vandalizmə görə meydançanın 65 х 4 metr örtüyü dəyişdiriləcək. Bu da 500.000 manat pul deməkdir. İndi mənim sualım həmin “fanat”adır. O, 500.000 manatın nə olduğunu dərk edə bilirmi? Ümumiyyətlə o, özü 500-ə qədər saymağı bacarırmı? Məsələ puldan zərərdə deyil .Məsələ orasındadır ki, futbolumuzda xuliqanlıq sürətlə inkişaf etməkdədir. Ancaq gələn dəfə həmin azarkeşlər üçün xüsusi qəfəslər, kreslosuz, betonun üstündə yer hazırlayacağıq qoy ordan izləsinlər futbolu”.