““Neftçi”yə oynamaq imkanı verməməliyik”

neftciye-oynamaq-imkani-vermemeliyik
Oxunma sayı: 643

Qol.Az-ın məlumatına görə, bu sözləri APOEL klubunun yarımmüdafiəçisi Qustavo Manduka Kipr mətbuatına açıqlamasında deyib.

Braziliyalı futbolçu cütün taleyinin özlərindən asılı olduğunu bildirib: "Neftçi" ilə görüşdə start heyətində oynayacağıma inanmıram. Lakin baş məşqçi mənə sonradan şans verə bilər. Düşünürəm ki, cütün taleyi özümüzdən asılıdır. Rəqibə oynamaq imkanı verməməliyik. Topa nəzarəti ələ alsaq, meydanda istədiyimizi edəcəyik".

Qeyd edək ki, APOEL - "Neftçi" oyunu avqustun 30-da, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.