Neftdən rekord göstərici - 59 dollardan satılır

neftden-rekord-gosterici
Oxunma sayı: 2166

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, ICE London birjasında “Brent” markalı neftin 1 barrelinin qiyməti 2,5 % artaraq 58,28 dollar olub. 

Qeyd olunur ki, “Brent”in qiyməti sonuncu dəfə bu il yanvarın 3-də 58 dolları ötüb.

WTI neftinin noyabr fyuçersi isə 1,99 % bahalaşaraq barreli 51,67 dollardan satılır.

***

“Brent” markalı neftin noyabr fyuçersi 2015-ci il iyulun 13-dən etibarən ilk dəfə 4 % bahalaşaraq 59,03 dollar olub.