Neftin qiyməti 100 dolları ötəcək - Proqnoz

Neftin qiyməti 100 dolları ötəcək
Oxunma sayı: 1957

“Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda neftin bir barrelinin qiyməti yaxın zamanda 100 dollara çatacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın “CNBC” telekanalının neft-qaz sektorunun analitiki bildirib.

“Yaxın Şərqdə hadisələr baş versə, hesab edirəm ki, neftin qiymətinin üçrəqəmli göstəricilərə qalxacağı ssenarisi reallaşacaq”,- deyə “Akap Energy” analitik şirkətinin təsisçisi Aniş Kapadiya bildirib.

A. Kapadiya hələ bundan təxminən il yarım əvvəl neftin qiymətinin 60-70 dollara çatacağını proqnozlaşdırdığını xatırladıb. 

Onun sözlərinə görə, həmin vaxt bazar iştirakçıları onun bu proqnozunu məsxərəyə qoysalar da, sonradan bu, reallığa çevrildi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi