Neftin qiyməti 70 dollara çatdı - Son 3 ildə ilk dəfə

neftin-qiymeti-70-dollara-catdi
Oxunma sayı: 1305

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında  “Brent” markalı neft 0,7 faiz bahalaşaraq barelli 70,03 dollara yüksəlib.

Qeyd olunur ki, “Brent” 2014-cü il dekabrın 4-dən bəri ilk dəfə 70 dollara çatıb.

Nyu-York birjasında WTI markalı neftin fevral fyuçersi isə 1,59 faiz bahalaşaraq barelli 64,58 dollar olub.