Neftin qiyməti 75 dollar oldu - Son 4 ildə ilk dəfə

neftin-qiymeti-75-dollar-oldu
Oxunma sayı: 1532

Dünya birjalarında neft bahalaşır.
 
“Qafqazinfo”nun “Tass” agentliyinə istinadən məlumatına görə, ICE London birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri 1,27% artaraq 75 dollara çatıb. 

Qeyd olunur ki, “Brent” markalı neftin 1 barelinin qiyməti sonuncu dəfə 2014-cü il noyabrın 27-də 75 dollar olub.