Neftin qiyməti artdı

neftin-qiymeti-artdi
Oxunma sayı: 645

Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 4,21 dollar bahalaşaraq 84,45 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti isə 3,20 dollar artaraq 107,14 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzərTAc-a bildiriblər ki, “Azəri Layt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,85 dollar yüksələrək 110,95 dollara satılıb.