“Neftin qiyməti daha da ucuzlaşacaq, hökümət hazırdımı?”

neftin-qiymeti-daha-da-ucuzlasacaq-hokumet-hazirdimi
Oxunma sayı: 1318


“Qafqazinfo” xəbər verir ki, iqtisadşı ekspert Natiq Cəfərli verilən qərarları şərh edib.

Ekspert xatırladıb ki, təşkilatın verdiyi qərarlar iqtisadi böhranlara ciddi təsir edir: “FED 2008-ci ildə qlobal böhran başlayan kimi hər ay bazara 85 mlrd. dollar pul axıdırdı ki, bu vəsaitdə likvidliyin artırılmasına, bazarın canlanmasına xidmət eirdi. Sadə dillə desək, “çap maşınını” işə salmaqla dünya iqtisadiyyatını canlandırırdı. Bununla paralel olaraq FED uçot dərəcəsini 0-25%-ə salmaqla ucuz kredit imkanları yaratmışdı. FED-in ardınca bütün samballı Mərkəzi Banklar dünyada uçot dərəcələrini aşağı saldılar ki, bu da müvəqqəti olaraq bazarların canlanmasına səbəb oldu”.

Ekspert qeyd edib ki, dünən FED hər ay bazara “təhvil alım proqramı” (Q-3) çərçıvəsində axıtdığı pulu kəsib: “Çox güman, gələn ilin əvvəlindən uçot dərəcəsini qaldırmağa başlayacaq. Bu o deməkdir ki: 

1) ABŞ böhrandan çıxdı, makroiqtisadi göstəriciləri yaxşılaşdı, 

2) Dünyada “ucuz pul” dövrü bitir, yəni, bankların və şirkətlərin ucuz kreditə çıxış imkanları məhdudlaşacaq, 

3) Əmtəə qiymətlərinə basqı artacaq, neftin, qızılın spekulyativ əməliyyatlarda qazanc mənbəəyi kimi istifadəsi azalacaq, bu da onların qiymətlərinin enməsi ilə nəticələnəcək, 

4) İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı bundan ciddi ziyan görəcək, məsələn, Türkiyəyə “sıcaq  girişi azalacaq, bu da iqtisadi artım tempinin aşağı düşməsi ilə nəticələnəcək, 

5) Rusiyada ruplun çöküşü daha da sürətlənəcək, ən çox bu ölkənin iqtisadiyyatı ziyan görəcək (həm kredit imkanlarının olmamağı, həm də əmtəələrin qiymətinin enməsinə görə), 

6) FED-in ardınca böyük dövlətlərin Mərkəzi Bankları da uçot dərəcələrini addım-addım artıracaq, bu da bazarda olan pul kütləsini daha da azaldacaq, kreditləri bahalaşdıracaq”.

N.Cəfərli bu qərarların Azərbaycana təsirini də analiz edib: “O ki qaldı Azərbaycana, bizdə o qədər qapalı, sadə iqtisadi model qurulub ki, dünyada makroiqtisadi səviyyədə baş verən hadisələrin ölkəmizə təsiri ancaq bir yolla – neftin qiymətinin enməsi yolu ilə olur. Ancaq bu məsada FED-in aldığı qərarların ölkəmizə təsiri olacaq.

Neftin qiymətinə təsir edəcək digər xəbərlər də var: 

1) Dünyanın ən iri banklarından biri olan Goldman Sachs-ın analitikləri 2015-ci il üçün neft qiyməti proqnozlarını 15 (!!!) dollar azaldıblar, ortalama qiymətin 80 dollar civarında olacağını proqnozlaşdırırlar, 

2) İranın energetika naziri ölkəsinin neft ixracatını 2 dəfə artıra biləcəyini söyləyib və 70 dolların da onlar üçün yaxşı qiymət olduğunu açıqlayıb, 

3) OPEK ölkələrinin noyabr ayının sonunda toplantısı olacaq, Venesuela təklif verib ki, hasilatı azaltmaqla neftin qiymətini yuxarı çəksinlər, amma, indidən OPEK-ın əsas oyunçuları, Ərəbstan yarmadasının ölkələri buna ehtiyac olmadığını bəyan ediblər. daha ötəsi, öz istehsal etdikləri neftə birja qiymətlərindən də aşağı endirim tətbiq ediblər ki, əsasən, Asiya bazarında olan müştərilərini itirməsinlər, 

4) ABŞ 2015-dən xaricdən neft almağı tamam dayandırır, hətta indi gündəlik 600 min barel olan ixracarını 1,5-2 milyon barelə qədər artıra biləcəyini açıqlayıb.

Bir sözlə, bütün bu fundamental məsələlər neftin yaxın aylarda qiymətinin daha da enməsinə səbəb olacaq. Bizim hökumət buna hazırdırmı?!”

Murad Əhməd