Neftin qiymətinin qalxmasına daha bir səbəb

Neftin qiymətinin qalxmasına daha bir səbəb
Oxunma sayı: 912

ABŞ-da özəl sektorun açıqladığı məlumatlar neft ehtiyatlarının gözlənilməz şəkildə düşdüyünü göstərib. 

“Qafqazinfo” Marja-ya istinadən xəbər verir ki, ehtiyatlar keçən ay ABŞ sahillərini vuran və neft emalı zavodlarının bağlanmasına səbəb olan Harvey qasırğasından bu yana ilk dəfə azalıb. Məlumatın açıqlanmasının ardınca isə neft qiymətləri yüksəlib.  

Amerika Neft İnstitutunun (API) məlumatına görə, neft ehtiyatları ötən həftə 761,000 barel azalıb. 

 Qiymətlər bundan əlavə Türkiyənin Şimali İraqdan Kürd neftinin öz ərazisindən ixracını dayandıracağı ilə hədələməsinin ardından son beş ayın ən yüksək səviyyəsinə çıxıb.

Analitiklər bildirirlər ki, qlobal neft ehtiyatları da  azalır. İlin sonuna qədər neft tələbinin güclü olacağı gözlənilir. Bu baxımdan da neft qiymətlərinin daha da qalxması mümkündür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi