Nejat İşlər ölümə tərəf belə addımlayır- - Fotolar

nejat-isler-olume-teref-bele-addimlayir-
Oxunma sayı: 2231


“Qafqazinfo”nun “ans press”ə istinadən verdiyi məlumata görə, sağ əl barmaqları beş saat əməliyyat olunan və 42 gündən sonra “Amerikan” xəstəxanasından evə buraxılan aktyor Bodruma yollanıb. Keçirdiyi şok ucbatından uzun müddət reanimasiyada olan və uzun müddətli müalicə olunan İşlər ötən gün xəstəxanadan çıxan kimi yolunu istirahətə salıb. 

Azərbaycanda daha çox “Aliyə” adlı serialdan sonra tanınan Nejat keçirdiyi ağır günlərə baxmayaraq siqaret və spirtli içkidən uzaq dura bilmir. 

Aktyor ötən gecə dostları ilə birlikdə Bodrumda kameralara tuş gəlib. İlk olaraq spirtli içki sifariş verən Nejatın əlindən gecə boyunca siqaret də düşməyib. Onun bu vəziyyəti yaxınları tərəfindən sərt reaksiya ilə qarşılansa da o istəyindən dönməyib.