Nejat İşlerin fanatlarına - - Şad xəbər

nejat-islerin-fanatlarina-
Oxunma sayı: 1256


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan xəbərlərə münasibət bildirən Acıbadem Maslak Xəstəxanası baş həkimi Prof. Dr. Çağlar Çuhadaroğlu oyunçunun müalicəsinin reanimasiyada davam etdiyini, xəstənin həyati təhlükəsinin olmadığını, müalicəyə müsbət reaksiya göstərdiyini, artıq xırda hərəkətlər etdiyini, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini  qeyd edib. 

İşlerin yanvarın 22-dən bəri xəstəxanada müalicə aldığını xatırladan Çuhadaroğlu aktyorun sağlamlıq vəziyyətiylə əlaqədar həkimlərin açıqlamasından  başqa yayılan məlumatların mediada yayımlanmamasını tələb edib.