Nemətlə görüşmək mümkün olmayıb

nemetle-gorusmek-mumkun-olmayib
Oxunma sayı: 642

Bu barədə “Qafqazinfo”ya Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verib. O, bildirib ki, onlar bir neçə gün müntəzəm olaraq İstintaq Təcridxanasının rəisi Elxan Sadıqovla görüşüblər və o Nemət Pənahlı ilə bu gün görüşmək üçün icazə verib. Lakin Pənahlının ailəsini qapıdan içəri buraxmayıblar. Həcər Pənahlı qeyd edib ki, qapıçıdan apardıqları yeməyi Pənahlıya verməyi xahiş edib. Yeməyi aparan qapıçı onu qaytarıb və Pənahlının yeməkdən imtina etdiyini bildirib: “Necə olur 6 aydır biz yemək aparırıq imtina etmirdi, indi edir? Biz bilmirik ya aclıq aksiyasına başlayıb, ya da elə hala salıblar ki, heç yemək də yeyə bilmir”.