Nənələrdən Jirinovskiyə “baba” təklifi

nenelerden-jirinovskiye-baba-teklifi
Oxunma sayı: 638

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Vladijmir Jirinovski prezident Vladimir Putinlə görüşündə Udmurtiyanın rəhbəri Aleksandr Volkovu kəskin tənqid edib: “O, 20 ildir ki, Sovet hakimiyyəti dönəmindən vəzifədədir və sadə vətəndaşları ələ salır. Bəlkə də buna görə müsabiqədə iştirak etmək nənələrin boynunda qalıb və məcbur olublar ki, Bakıdakı həmin müsabiqəyə qatılsınlar”.

Putin isə Jirinovskinin fikirləri ilə razılaşmayaraq qrup üzvlərinin Udmurtiyanın xoşbəxt insanlarından olduğunu söyləyib.

Dövlət Dumasının deputatının bu sözlərinə cavab olaraq qrupun prodüsseri Kseniya Rubçova bildirib ki, “Buranovskie Babuşki” qrupu qocalıqda belə aktiv həyat yaşamağı bütün dünyada təbliğ edir.

“Mən nənələrlə danışmışam və onlar dedilər ki, əgər Jirinovski təqaüdə çıxsa onu “Buranovskie deduşki” qrupunun üzvü timsalında qəbul etməyə şad olarlar. Nənələrlə Jirinovskinin qrupu maraqlı layihə olardı”.

Qeyd edək ki, “Buranovskie Babuşki” qrupu bu il Bakıda keçirilən 57-ci “Eurovision” müsabiqəsindən sonra geniş şöhrət qazanıb. “Party for everybody” mahnısı ilə, 259 balla müsabiqədə ikinci yeri tutub.