Nəqliyyatçıların əmək haqqı artıb

neqliyyatcilarin-emek-haqqi-artib
Oxunma sayı: 842


“Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadən xəəbər verir ki, bu göstərici hava nəqliyyatında 786,2 manat, dəniz nəqliyyatında 736,8 manat, metro nəqliyyatında 587,2 manat, avtomobil nəqliyyatında 530,7 manat, dəmir yolu nəqliyyatında isə 254,9 manat təşkil edib. 

Əməkhaqqı metroda 10,8 faiz, avtomobil nəqliyyatında 6,8 faiz, dəmir yolu nəqliyyatında 5,2 faiz, dəniz nəqliyyatında isə 1,1 faiz artıb. Cari ilin doqquz ayında nəqliyyat müəssisələrində işləyən 74,5 min muzdlu işçinin 72,2 faizi dövlət müəssisələrində, 27,8 faizi özəl bölmədə çalışıb. 

İşçilərin 51,2 faizi yerüstü və boru kəməri, 12,3 faizi su, 16,1 faizi hava nəqliyyatı, 20,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.