Nəqliyyatçıların əmək haqqısı artıb

neqliyyatcilarin-emek-haqqisi-artib
Oxunma sayı: 637

“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, işçilərin 55,0 faizi yerüstü və boru kəməri, 14,5 faizi su, 7,9 faizi hava nəqliyyatı, 22,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2011-ci illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 12,8 faiz artaraq 504,1 manat olub, bu göstərici hava nəqliyyatında 988,4 manat, dəniz nəqliyyatında 704,4 manat, avtomobil nəqliyyatında 464,4 manat, dəmir yolu nəqliyyatında isə 225,8 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 19,7 faiz, dəmir yolu nəqliyyatında 13,5 faiz, hava nəqliyyatında 5,9 faiz, avtomobil nəqliyyatında isə 6,7 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,0 faiz artaraq 621,8 manat olub.