Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi koreyalı qonaqları qəbul edib

neqliyyati-intellektual-idareetme-merkezi-koreyali-qonaqlari-qebul-edib
Oxunma sayı: 661

Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi ilə tanış olublar.
“Qafqazinfo” xəbər verir ki, ölkəmizdə səfərdə olan Koreya Pespublikasının nümayəndə heyəti Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzini ziyarət ediblər. Qonaqlar üçün Mərkəzdə təqdimat keçirilib və onlar Mərkəzin fəaliyyət sahələri ilə tanış olublar. Həmçinin qeyd olunub ki, bu sistemin reallaşması Koreyanın “SK C&C” şirkəti ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib.
Görüş dəyirmi masa ətrafında davam etdirildi və qonaqlar Azərbaycanın son illərdə yaşadığı iqdisadi inkişafdan və həyata keçirdiyi beynəlxalq səviyyəli layihələrdən söz açdılar. Həmçinin, ikitərəfli əməkdaşlığın tarixi, reallığı barədə fikir mübadiləsi aparıldı və gələcək əməkdaşlıq perspektivləri barədə fikirlər irəli sürüldü.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin tikintisinə 2009-cu ilin aprel ayında başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və vətəndaşları müvafiq məlumatla operativ şəkildə təmin edilməsidir.