Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatını aldı - Fotolar

nergiz-pasayeva-birlik-ulduzlari-mukafatini-aldi
Oxunma sayı: 1526

İyunun 19-20-də Qazaxıstanın paytaxtı Astanada, Qazaxıstan Milli Muzeyində MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının “MDB-də dialoq - XXI əsrdə humanitar əməkdaşlığın perspektivləri” mövzusunda XIII Forumu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Forumu Müstəqil Dövlətlər Birliyi məkanında ən iri illik humanitar tədbirdir. MDB ölkələrinin mədəni, elmi və təhsil elitası forumlarda görüşməklə birbaşa peşəkar ünsiyyət və təhsil, elm, ədəbiyyat, təsviri incəsənət və Birlikdə mədəniyyətlərarası qarşılıqlı əlaqənin digər sahələrində aktual, tələbat duyulan layihələrin dəstəklənməsi üçün nadir imkana malik olur.

Forumda Azərbaycanı geniş nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva, AMEA-nın vitse-prezidenti, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Azərbaycanın Xalq Artisti Murad Adıgözəlzadə, digər elm və incəsənət xadimləri daxil idi.

Forumun açılışında Azərbaycan ilə yanaşı, Belarus, Qazaxıstan, Rusiya, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib.
Sonra 2017-ci il üçün “Birlik ulduzları” mükafatı laureatlarının təltif edilməsi mərasimi keçirilib.